Federasiya rəsmisi: “Bu, boksun inkişafının təzahürüdür”

Xəbərlər
28 Mart 2024 16:12
Federasiya rəsmisi: “Bu, boksun inkişafının təzahürüdür”

“Son illərdə ölkəmizin paytaxtında “Böyük İpək yolu” adlı beynəlxalq turnirin keçirilməsi boksun inkişafının təzahürüdür”.

İdman.biz xəbər verir ki, bu sözləri Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov deyib.

O, Boks Mərkəzində təşkil olunan “Böyük İpək Yolu” turniri barədə danışıb. Hüseynov bildirib ki, yarışda ümumilikdə 11 ölkədən 121 idmançının mübarizə aparır: “Bununla yanaşı turnirdə hazırkı olimpiya və dünya çempionları da öz güclərini sınayırlar. Bundan sonra Bakını boks mərkəzinə çevirmək üçün əlimizdən gələni edəcəyik”.

Qurum rəsmisi vurğulayıb ki, bu il Azərbaycan Boks Federasiyasının yaranmasının 100 illiyidir: “Bu məqsədlə ölkəmizdə silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Mayda yeniyetmələr arasında “Heydər Əliyev” turniri, ilin sonunda isə Abbas Ağalarovun xatirəsinə həsr olunan turnir baş tutacaq. Sentyabrda isə ilk dəfə olaraq boks gecələri keçiriləcək. Bu da boksun inkişaf etdirilməsi və idmançılarımızın təcrübələrini artırması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, 11 ölkənin 121 idmançısının qatıldığı "Böyük İpək Yolu" turnirinə bu gün yekun vurulacaq.

İdman.biz

Məqalədə: