Azərbaycanın daha bir boksçusu İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində mərhələ adlayıb.
İdman.biz xəbər verir ki, 71 kq çəkidə lisenziya uğrunda mübarizə aparan Sərxan Əliyev 1/32 final mərhələsi çərçivəsində döyüşünü qələbə ilə başa vurub.
Dünya çempionatının mükafatçısı Elabidine Amrouq Zineni (Mərakeş) məğlub edib. Əliyev qələbəsini 2 raundun yekununa əsasən rəsmiləşdirib. Buna onun qaşından zədə alması səbəb olub. Döyüş dayandırıldığından Sərxan 3:2 (20:18, 19:19*, 19*:19, 20:18, 18:20) hesabı ilə qalib gəlib.
Boksçumuz 1/16 finalda litvalı Aleksandr Trofimçukla üz-üzə gələcək. Görüş martın 7-də baş tutacaq.
Əliyevədək Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (63,5 kq) və Zeynəb Rəhimova (54 kq) da mərhələ adlayıb.
Qeyd edək ki, lisenziya turnirinə martın 11-də yekun vurulacaq.
-----
09:26
Azərbaycan boksçusu Tayfur Əliyev İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb.
İdman.biz xəbər verir ki, 63,5 kq çəkidə rinqə çıxan Avropa Oyunlarının mükafatçısı 1/32 final çərçivəsində Matias Amaya Lusianonu (Argentina) mübarizədən kənarlaşdırıb.
Əliyev rəqibinə 3:2 (29:28, 28:29, 30:27, 30:27, 28:29) hesabı ilə qalib gəlib. Boksçumuz növbəti döyüşündə yaponiyalı Şion Nişiyama ilə döyüşəcək. Görüş martın 7-də olacaq.
Əliyevədək Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq) və Zeynəb Rəhimova (54 kq) da 1/16 finala yüksəlib.
Qeyd edək ki, yığmamız yarışa 9 boksçu ilə yollanıb.
İdman.biz
