Əli Baxışov U-19 Avropa çempionatında yarımfinala yüksəlib

18 Avqust 2026 21:01
74
Əli Baxışov U-19 Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycan boksçusu Əli Baxışov Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında yarımfinala yüksəlib.

İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 finalda slovakiyalı Kristian Haraşiki ilə qarşılaşıb.

Baxışov rəqibinə 4:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Bununla da Azərbaycan boksçusu özü üçün azı bürünc medalı təmin edib.

İdman.Biz