Məhəmməd Abdullayev: “Məqsədim Azərbaycan boksunda ilk Olimpiya qızılını qazanmaqdır”

Xəbərlər
2 Yanvar 2024 12:34
758
Məhəmməd Abdullayev: “Məqsədim Azərbaycan boksunda ilk Olimpiya  qızılını qazanmaqdır”

“Bu il bizi bir çox mühüm yarışlar gözləyir”.

Bunu İdman.bizə Azərbaycan millisinin boksçusu Məhəmməd Abdullayev (+92 kq) deyib.

Dünya çempionatının ikiqat bürünc mükafatçısı 2024-cü ilin gərgin keçəcəyini bildirib. Onun sözlərinə görə, hədəf Avropa çempionatına və Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan adına yeni uğurlar qazanmaqdır: “Təbii ki, hər bir idman növündə olduğu üçün boksda da ilin əsas yarışı Paris-2024 Yay Olimpiya Oyunlarıdır. Məhz yüksək şəkildə hazırlıq görmək məqsədi ilə yanvarın 14-də təlim-məşq toplanışı üçün ABŞ-a yollanacağıq. Hazırda da məşqlərimiz davam edirik. Dayanmaq, istirahət yoxdur. Azərbaycanda boks üzrə Olimpiya çempionu olmadığından məqsədim bu növdə ilkə imza atmaq, qızıl medala yiyələnməkdir”.

Qeyd edək ki, Abdullayev ötən il Krakovda keçirilən II Avropa Oyunlarında Paris-2024-ə lisenziya qazanıb.

Banuçiçək Hüseynli
İdman.biz