Bu gün boksçumuz Sofiyada rinqə çıxır

26 Fevral 2026 11:32
104
Bu gün boksçumuz Sofiyada rinqə çıxır

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən “Strandja” beynəlxalq boks turniri davam edir.

İdman.Biz xəbər verir ki, bu gün Azərbaycan millisinin bir üzvü rinqə çıxacaq.

65 kq çəki dərəcəsində çıxış edən Malik Həsənov 1/8 final mərhələsində qüvvəsini sınayacaq. Onun rəqibi gürcüstanlı Laşa Qoqnidze olacaq.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 16:00-da keçiriləcək.

İdman.Biz