Əfsanəvi kikboksçu Usiklə döyüş ideyasını dəstəkləyib

2 Fevral 2026 20:40
97
Əfsanəvi kikboksçu Usiklə döyüş ideyasını dəstəkləyib

Uzun müddət ağır çəkidə “Glory”nin çempionu olan niderlandlı Riko Verhoven Səudiyyə Ərəbistanı Baş Əyləncə İdarəsinin sədri Turki Əl-Şeyxin məğlubedilməz 39 yaşlı keçmiş, mütləq dünya ağır çəkidə boks çempionu ukraynalı Aleksandr Usiklə döyüş təşkil etmək ideyasını dəstəkləyib.

İdman.Biz xəbər verir ki, Verhoven bütün dövrlərin ən böyük kikboksçularından biri hesab olunur.

“Bu, gözlədiyim çağırışdır. Mütləq mütləqə qarşı. Bir boks raundu - bir kikboks raundu. Görək 12-ci raunda çata bilərikmi?”, - Verhoven sosial media səhifəsində yazıb.

Niderlandlı “Glory”də ağır çəkidə titulunu 4220 gün, yəni 11 ildən çox müddətə saxlayıb və çempion kimi “Glory” bayrağı altında ardıcıl 26 qələbə qazanıb. Verhoven həmçinin təşkilatın ən çox titul döyüşündə qələbə qazanma rekorduna (14) sahibdir.

İdman.Biz