“The Ring” jurnalı boksda 2025-ci ilin ən yaxşılarını açıqladı

1 Fevral 2026 11:23
99
“The Ring” jurnalı boksda 2025-ci ilin ən yaxşılarını açıqladı

Nüfuzlu ABŞ nəşri “The Ring” boks üzrə 2025-ci ilin yekunlarını çıxarıb və müxtəlif nominasiyalar üzrə qaliblərin adlarını açıqlayıb.

İdman.Biz xəbər verir ki, nəticələrə əsasən ilin ən yaxşıları aşağıdakılar olub:

İlin kişi boksçusu - Terens Krouford
İlin qadın boksçusu - Mizuki Hiruta
İlin nokautu - Brayan Normanın Cin Sasaki ilə döyüşdəki qələbəsi
İlin ən yaxşı döyüşü - Kris Yubenkin Konor Benn arasındakı ilk qarşılaşma
Boksa xidmətlərinə görə mükafat - Lerri Merkant
İlin perspektivli boksçusu - Emiliano Varqas
İlin sensasiyası - Armando Resendizin Kaleb Plant üzərində qələbəsi.

Xatırladaq ki, ötən il Terens Krouford peşəkar boks karyerasını başa vurduğunu açıqlayıb. O, idmandan məğlubiyyətsiz - 42:0 rekordla ayrılıb və tarixdə üç çəki dərəcəsində mütləq dünya çempionu olan ilk boksçu kimi yadda qalıb.

İdman.Biz