Aleksandr Usik nə vaxt döyüşəcəyini açıqlayıb

Xəbərlər
5 Yanvar 2026 19:49
81
Aleksandr Usik nə vaxt döyüşəcəyini açıqlayıb

38 yaşlı məğlubedilməz WBC, IBF, WBA Super, IBO və The Ring ağır çəki çempionu Aleksandr Usik rinqə nə vaxt qayıdacağını açıqlayıb.

İdman.Biz bildidir ki, Londonun “Uembli” stadionunda ötən il 20 iyulda keçirilən son döyüşündə Usik britaniyalı Daniel Dübua ilə rinqi bölüşüb.

“Komandam hazırda növbəti döyüş üzərində işləyir. Döyüşü 2026-cı ildə, ehtimal ki, yayda təşkil etmək istəyirik", - deyə Usik “Ready to Fight”a bildirib.

Usik peşəkar karyerasında 24 qələbə qazanıb, bunlardan 15-i fasilə ilə, heç bir məğlubiyyət olmadan qazanılıb. Aleksandr peşəkar debütünü 2013-cü ilin noyabr ayında edib.

İdman.Biz