2026-cı ildə peşəkar boksda ən çox maraq doğura biləcək on potensial döyüşün siyahısını dərc edilib.
İdman.Biz xəbər verir ki, “The Ring” jurnalının dərc etdiyi siyahı müxtəlif çəki dərəcələrini əhatə edir.
Minimum çəki kateqoriyalarından tutmuş super ağır çəkiyə qədər və həm titul, həm də titulsuz qarşılaşmalar daxil edilib.
Super ağır çəkidə iki mümkün döyüş diqqət çəkir: Ukraynalı Aleksandr Usik ilə britaniyalı Fabio Uordli arasındakı qarşılaşma, eləcə də uzun müddətdir gözlənilən britaniyalılar Tayson Fyuri ilə Entoni Coşua dueli.
Birinci halda söhbət “The Ring” üzrə mövcud çempionla WBO kəmərinin sahibi arasında potensial görüşdən, ikinci halda isə iki britaniyalı boksçu arasındakı illərdir davam edən rəqabətdən gedir.
90,7 kq-a qədər ağır çəkidə IBF və “The Ring” çempionu Cey Opetaya ilə WBA və WBO titulunun sahibi Hilberto Ramires arasında mümkün birləşdirici döyüş qeyd olunub.
Yarım ağır çəkidə isə mütləq çempion Dmitri Bivol ilə WBC çempionu David Benavidesin qarşılaşması ehtimal edilir.
Orta və birinci orta çəkidə mümkün döyüşlər sırasında Həmzə Şiraz - Dieqo Paçeko və Caron Ennis - Vircil Ortis qarşılaşmaları yer alıb. Yarım orta çəkidə Konor Benn - Rayan Qarsiya dueli, həmçinin qadınlar arasında Loren Prays ilə Mikaela Mayer arasında birləşdirici titul döyüşü diqqətə çatdırılıb.
Bundan əlavə, yüngül çəkidə WBC çempionu Kerolayn Dyubuanın IBF kəmərinin sahibi Elif Nur Turhanla döyüşü, birinci yüngül çəkidə isə yapon boksçular - mütləq çempion Naoya İnoue ilə məğlubedilməz Cunto Nakatani arasında mümkün “meqafayt” siyahıya daxil edilib.
