38 yaşlı ağır çəkidə məğlubedilməz WBC, IBF, WBA Super, IBO və The Ring çempionu ukraynalı Aleksandr Usik gələcək planlarından danışıb.
İdman.Biz-in məlumatına görə, o, Deontey Uaylderlə döyüşmək istəyini bildirib.
“Gələn il döyüşəcəyəm. “Bürünc bombardmançı” ilə döyüşmək istəyirəm”, - Usik sosial media səhifəsində yayımlanan videoda deyib.
Londondakı “Uembli” stadionunda 20 iyulda keçirilən son döyüşündə Usik rinqi britaniyalı Daniel Dübua ilə bölüşüb. Usik beşinci raundda nokautla qalib gəlib. Boksçular üçün bu, revanş idi və ağır çəkidə mütləq dünya çempionu titulu uğrunda mübarizə gedirdi.
Usik peşəkar rinqdə 24 qələbə qazanıb, bunlardan 15-i erkən qələbədir. Onun məğlubiyyəti yoxdur. Aleksandr peşəkar debütünü 2013-cü ilin noyabr ayında edib.
