Azərbaycan millisi İslamiadada yeddi boksçu ilə təmsil olunacaq

Xəbərlər
3 Noyabr 2025 15:22
44
Azərbaycan millisi İslamiadada yeddi boksçu ilə təmsil olunacaq

Noyabrın 7-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda start götürəcək VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək boksçular müəyyənləşib.

İdman.Biz xəbər verir ki, 15 gün davam edəcək yarışda üç kişi, dörd qadın idmançı mübarizə aparacaq.

Baş məşqçi Ravşan Xocayevlə məşqçi Nəriman Abdullayev İslamiadada Məhəmmədəli Qasımzadə (60 kq), Sərxan Əliyev (70 kq) və Səidcəmşid Cəfərova (80 kq) şans verəcək.

Qadınlardan ibarət milli isə baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında çıxış edəcək. Ər-Riyadda Zeynəb Rəhimova (51 kq), Nərgiz Zeynalova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyeva (65 kq) rinqə çıxacaq.

Qeyd edək ki, İslamiadada boks yarışları rəsmi açılış mərasimindən öncə başlayacaq. Noyabrın 5-də start götürəcək döyüşlər beş gün sonra yekunlaşacaq.

İdman.Biz