World Boxing boksçuların dünya reytinqini açıqlayıb.
Bu barədə İdman.Biz Azərbaycan Boks Federasiyasının sosial şəbəkə hesabına istinadən məlumat verir.
Boksçularımızdan Alfonso Dominqes öz çəki dərəcəsində ikinci yerdə qərarlaşıb.
Səidcəmşid Cəfərov ilk “üçlüy”ü qapayır.
Digər boksçularımızdan Murad Allahverdiyev 8-ci, Məhəmməd Abdullayev və Məhəmmədəli Qasımzadə 14-cü, Sübhan Mamedov 15-ci yerdədirlər.
