46 yaşlı səkkiz çəki dərəcəsində keçmiş dünya çempionu filippinli Menni Pakyao rinqə qayıtmağa hazır olduğunu bildirərək, fiziki vəziyyətini yüksək qiymətləndirib.
“Yaxşı formadayam, özümü əla hiss edirəm. Geri qayıtmağa hazıram”, - TASS agentliyi Pakyaonun sözlərini sitat gətirib.
İdman.Biz bildirir ki, Pakyaonun son döyüşü WBC yarımorta çəki dərəcəsində titul uğrunda amerikalı Mario Barriosa qarşı olub.
Döyüş 12 raund davam edib və hakimlərin qərarı ilə heç-heçə ilə başa çatıb.
Daha əvvəl Pakyaonun əfsanəvi Floyd Meyvezer ilə revanş döyüşü keçirə biləcəyi bildirilirdi.
