Boks üzrə mütləq dünya çempionu(WBA) titulunun sahibi britaniyalı Fabio Uordli məğlubedilməz ukraynalı boksçu Aleksandr Usiklə keçirdiyi sparrinq(idmançının real döyüşə hazırlıq məqsədilə keçirdiyi təlim döyüşü - red) məşqlərin onun karyerasında böyük əhəmiyyət daşıdığını açıqlayıb.
İdman.Biz xəbər verir ki, o bu barədə xarici mətbuata açıqlamasında söyləyib.
“Usiklə spaqinqlər? Bu, hələ 2018-ci ilin oktyabrında idi, yəni təxminən yeddi il əvvəl. O zaman mən boks karyerama yeni başlayırdım və çox şey öyrənirdim. Onunla sparrinq mənim üçün əla təcrübə oldu - çox zərbə aldım, amma eyni zamanda qiymətsiz biliklər qazandım”, - deyə F. Uordli bildirib.
Britaniyalı boksçu əlavə edib ki, həmin dövrdən ən vacib dərsi məşq prosesi ilə bağlı alıb:
“O vaxt ondan sparrinq günlərini necə düzgün planlaşdırmağı - rinqdə çıxışdan əvvəl və sonra nə etməli olduğumu öyrəndim. Məhz bu xırda detalları Aleksandr Usikdən götürmüşəm” – deyə o bildirib.