Qadın boksçularımız sınaq döyüşləri üçün Türkiyəyə yollandılar

Xəbərlər
18 Oktyabr 2025 13:48
34
Qadın boksçularımız sınaq döyüşləri üçün Türkiyəyə yollandılar

Azərbaycanın qadın boksçulardan ibarət millisi Türkiyəyə yollanıb.

İdman.Biz Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda oktyabrın 18-dən 27-dək Kastamonuda təlim-məşq toplanışında olacaq.

Məşqçilər korpusu hazırlığa Lalə Mədətova (48 kq), Zeynəb Rəhimova (51 kq), Nərgiz Zeynalova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyevanı (65 kq) cəlb ediblər.

Türkiyə millisi ilə birgə təşkil olunacaq toplanış VI İslam Həmrəyliyi Oyunları və U-23 Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Hazırlıq çərçivəsində sınaq döyüşləri də keçiriləcək.

İdman.Biz