Mersində təşkil olunan çimərlik voleybolu üzrə “Bioderma Pro Beach Tour" açıq çempionatında iştirak edən kişilərdən ibarət komandalarımız 1/4 finala yüksəliblər.
İdman.biz-in məlumatına görə, turnirdə ölkəmizi təmsil edən Vüqar Bayramov/Ülvi Rəcəbli və Vadim Kutukov/Heydər Məmmədli cütləri bu mərhələdə bir-birlərinə rəqib olacaqlar.
Yarışda bir qadınlardan ibarət Fidan Əhmədxanova/Larisa Smeltsova cütü də iştirak edib. Onlar bu gün 1/8 finalda Türkiyə təmsilçiləri (Ceylin.S/Su. Ş) ilə qarşılaşablar. Komandamız rəqibinə 0:2 hesabı ilə məğlub olaraq yarışda mübarizəni dayandırıb.
Qeyd edək ki, 1/4 final qarşılaşmaları bu gün baş tutacaq. Turnirə oktyabrın 1-də yekun vurulacaq.
İdman.biz