Avropa Superfinalındakı rəqiblər bəlli oldu

Xəbərlər
30 Avqust 2023 17:12
Avropa Superfinalındakı rəqiblər bəlli oldu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa Superfinalında çıxış edəcək.

İdman.biz-in məlumatına görə, yığmamızın qarşılaşacağı rəqiblər müəyənləşib.

AFFA-nın mətbuat xidmətindən millimizin B qrupunda İsveçrə, Türkiyə və Rumıniya komandaları ilə qarşılaşacağı məlumatı verilib. Oyunlar sentyabrın 19-25-də İtaliyanın Alghero şəhərində təşkil olunacaq.

İdman.biz