Millimizin baş məşqçisi: "Səviyyə baxımından İngiltərədən daha yaxşıyıq"

Xəbərlər
24 May 2025 13:28
46
Millimizin baş məşqçisi: "Səviyyə baxımından İngiltərədən daha yaxşıyıq"

Azərbaycanın çimərlik futbolu millisinin baş məşqçisi Sahib Məmmədov Avropa çempionatının I seçmə mərhələsində qrupda İngiltərə komandasına qarşı keçirdikləri matçı dəyərləndirib.

İdman.biz xəbər verir ki, mütəxəssis "Report"a açıqlamasında görüşün çətin keçdiyini söyləyib.

O, səviyyə baxımından daha yaxşı olduqlarını vurğulayıb: "İngiltərəni 5:4 hesabı ilə məğlub etdik. Oyunun əsas vaxtı 4:4 hesabı ilə bitdi və əlavə vaxtda qələbə qazandıq. Əsas olan da qalib gəlməkdir. İlk oyun həmişə çətin keçir. Mənə elə gəlir ki, səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq. Uşaqlardan razıyam. Belçikanı da məğlub edib, superfinala vəsiqə qazanmaq istəyirik"

Qeyd edək ki, milli ilk matçda İngiltərəni 5:4 hesabı ilə məğlub edib. Komanda qrupda növbəti oyunlarını mayın 24-də Belçika, 25-də isə Litva yığmalarına qarşı keçirəcək.

İdman.biz