"Gəncə" basketbol klubunun məşqçilər korpusu bəlli olub

Xəbərlər
24 Sentyabr 2025 20:26
78
"Gəncə" basketbol klubunun məşqçilər korpusu bəlli olub

Basketbol üzrə "Gəncə" klubunun məşqçilər korpusu məlum olub.

Qərb təmsilçisindən "Report"a verilən məlumata görə, baş məşqçi Halil Atlıya üç mütəxəssis kömək edəcək.

Uzun illərdir ki, Gəncə kollektivində fəaliyyət göstərən əməkdar məşqçi Rizvan Səfərov yenə heyətdə yer alıb.

Onunla yanaşı, daha iki məşqçi assistent kimi iş başında olacaq. Türkiyəli mütəxəssislər Mustafa Göktürk Yıldız və Yusuf Aydilek klubun uğurları üçün səy göstərəcəklər.

Hər iki çalışdırıcı karyerasında ilk dəfə ölkə xaricində işləyəcək. Türkiyədə müxtəlif klublarda təcrübə qazanan məşqçilərdən Yusuf Aydilek son olaraq 2-ci liqada çıxış edən "Konya Gelişim" komandasının baş məşqçisi olub. Mustafa Göktürk isə "Mersin" klubunun U-14 komandasında baş məşqçi işləyib.

İdman.biz