Millinin daha bir basketbolçusu "Lənkəran"da

Xəbərlər
15 Sentyabr 2025 15:59
29
Millinin daha bir basketbolçusu "Lənkəran"da

"Lənkəran" Azərbaycan millisinin daha bir basketbolçusunu heyətinə qatıb.

İdman.biz xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

U-18 millimizin şərəfini qorumuş və hazırda U-20-nin basketbolçusu olan Hüseyn Əsgərli ilə müqavilə imzalanıb.

O, bundan əvvəl Azərbaycan Basketbol Liqasında "Sərhədçi" və "Şəki" komandalarının formasını geyinib.

Qeyd edək ki, "Lənkəran" buna qədər Aydın İbrahimov, Azər Əzimov, Pərviz Mirzəyev, Raşed Diso,Teron Montqomeri, Nmeso Nnebedum və Akit Çoudharinin transferini həyata keçirib.

İdman.biz