Azərbaycanın qadınlardan ibarət komandası gümüş medal qazanıb

Xəbərlər
14 Sentyabr 2025 12:53
51
Azərbaycanın qadınlardan ibarət komandası gümüş medal qazanıb

Bu gün Şanxayda basketbolun 3x3 növü üzrə Dünya Qadın Seriyasının final oyunu keçirilib.

İdman.biz xəbər verir ki, millimiz final matçında Kanada ilə üz-üzə gəlib.

Komandamız 21:12 hesabı ilə məğlub olaraq ikinci yerə layiq görülüb. Beləliklə, Azərbaycan qadın 3x3 komandası tarixində ilk dəfə Dünya Seriyasının final mərhələsində gümüş medal qazanıb.

Qeyd edək ki, Qrup mərhələsində komandamız Kanada yığmasına 13:21 hesabı ilə uduzub, lakin Niderland U-25 (21:19) və Rumıniyanın “Rapid” komandası (19:15) üzərində qələbə qazanaraq play-offa yüksəlib. 1/4 finalda Azərbaycan komandası Mongolustanın "Ulaanbaatar Amazons" klubunu 19:17 ilə üstələyib, yarımfinalda isə Niderland yığmasını 21:19 hesabı ilə məğlub edib.

İdman.biz