Türkiyə millisinin baş məşqçisi aviaşirkətlərə müraciət edib

Xəbərlər
10 Sentyabr 2025 22:00
47
Türkiyə millisinin baş məşqçisi aviaşirkətlərə müraciət edib

2025-ci il Avropa Basketbol Çempionatında yarımfinala vəsiqə alan Türkiyə millisinin baş məşqçisi Ergin Ataman, Yunanıstanla oyundan əvvəl azarkeş dəstəyinin əhəmiyyətinə diqqət çəkib.

İdman.biz bildirir ki, Ataman, aviaşirkətlərə çağırış edərək, oyunun keçiriləcəyi Riqa şəhərinə birbaşa səfərlərin təşkil olunmasını və Türkiyədən çoxlu sayda azarkeşin bu matçda komandaya dəstək verməsini istəyib.

Yarımfinal oyunu sentyabrın 12-də keçiriləcək.

İdman.biz