"Quba"da daha bir legioner

Xəbərlər
10 Sentyabr 2025 13:46
34
"Quba"da daha bir legioner

"Quba" daha bir legioner basketbolçu ilə heyətini gücləndirib.

İdman.biz xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub 1998-ci il təvəllüdlü Alonzo Range Jr ilə anlaşıb. Hücumçu daha əvvəl "Kanzas Vesleyan Universiteti"nin komandasında oynayıb.

"Quba"ya gələnə qədər isə "BC New Basket" (Kosovo), "Andes Basquet Club" (Ekvador) komandalarının formasını geyinib.

Basketbolçunun artıq Bakıda olduğu və sabahdan mövsümöncəsi toplanışa qoşulacağı bildirilib.

İdman.biz