Rimas Kurtinaytis keçmişin üç əfsanəsini xatırlayıb

Xəbərlər
9 Sentyabr 2025 07:10
41
Rimas Kurtinaytis keçmişin üç əfsanəsini xatırlayıb

Litva millisinin baş məşqçisi Rimas Kurtinaytis "Eurobasket 2025"in 1/4 finalında Yunanıstanla keçirəcəkləri oyun öncəsi yunanların lideri Yannis Adetokunbonun ona keçmişin hansı ulduzlarını xatırlatması ilə bağlı sualı cavablandırıb.

"Bilmirəm, xatırlayırsınızmı, amma Drajen Petroviç var idi, bütün zamanların ən böyük oyunçularından biri idi. Onun oyununu görmək şansım olub. Nikos Qalis yunanların heyətində oynayırdı və o, hər oyunda 40 xal topladı.

Bir də 50 xal toplaya bilən braziliyalı Oskar Şmidt. Ancaq bir oyunçunun matçda qalib gəlməsi çox vaxt çətindir. Bizim əsas məqsədimiz başqalarının qarşısını almaqdır. Biz onların komanda oyununu məhv etməliyik”, - Kurtinaytisi deyib.

Litva - Yunanıstan oyunu bu gün, sentyabrın 9-da Riqada (Latviya) keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Kurtinaytis Azərbaycanın "Qala" və "Sabah" klublarını, həmçinin milli komandasını çalışdırıb.

İdman.biz