Avrobasket-2025-in bütün 1/4 finalçıları məlum olub

Xəbərlər
8 Sentyabr 2025 02:09
43
Avrobasket-2025-in bütün 1/4 finalçıları məlum olub

Avrobasket-2025-in 1/8 final mərhələsinin son oyununda Yunanıstan millisi İsrail üzərində 84:79 hesablı qələbə qazanaraq 1/4 finala vəsiqə əldə edib, İdman.biz xəbər verir.

Beləliklə, 1/4 finalda bu cütlüklər mübarizə aparacaq: Litva — Yunanıstan, Türkiyə — Polşa, Almaniya — Sloveniya və Finlandiya — Gürcüstan.

Xatırladaq ki, pley-off mərhələsində Fransa və Serbiya sensasion şəkildə mübarizəni dayandırıb. İspaniya isə Yunanıstan, İtaliya və Gürcüstanın yer aldığı qrupdan çıxmağı bacarmayıb.

İdman.biz