Bu gün Azərbaycanın 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə təşkil olunan Avropa Kubokunda növbəti görüşünü keçirəcək.
İdman.biz xəbər verir ki, yığmamız 1/4 finalda Polşa ilə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 14:25-də start götürəcək.
Qeyd edək ki, yığmamız bundan əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynaya (21:14) qalib gəlib.
İdman.biz