Yeni mövsümə hazırlıqlarını davam etdirən “Sabah” basketbol klubu təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununa çıxıb.
İdman.biz xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda Litvanın “Neptunas” klubu ilə qarşılaşıb. Matç 98:88 hesabı ilə meydan sahiblərinin xeyrinə bitib.
İdman.biz