Basketbol üzrə 3x3 millimiz 1/4 finalda

Xəbərlər
5 Sentyabr 2025 23:21
179
Basketbol üzrə 3x3 millimiz 1/4 finalda

3x3 Qadın millimiz Kopenhagendə keçirilən Avropa Kubokunun final mərhələsində ikinci oyunda da qələbə qazanıb.

İdman.biz bildirir ki, millimiz bu dəfə Ukraynadan üstün olub - 21:14.

Birinci görüşmə yığmamız üçqat Avropa çempionu Fransanı 21:16 hesabı ilə məğlub etmişdi.

Beləliklə, Azərbaycan komandası 1/4 finala vəsiqə qazanıb.

İdman.biz