Azərbaycan klubu 9 basketbolçusu ilə vidalaşıb

Xəbərlər
3 Sentyabr 2025 13:02
47
Azərbaycan klubu 9 basketbolçusu ilə vidalaşıb

"Şəki" klubu 9 basketbolçusu ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Tariel Yusifzadə, Məcid İsmayılov, Roti Veyr, Coş Robinson, Terens Hanter-Vitfild, Karl Cons, Tomi Lyuk, Pol Dibal və Adebayo Oduleye ilə başa çatmış müqavilənin müddəti artırılmayıb.

Ötən mövsüm komandada oynayan basketbolçulardan Şəki məktəbinin yetirmələri – Kamal İmamverdiyev, Tərlan Abduləzizov, eləcə də millimizin üzvü Ərcan Donatla yeni müqavilə bağlanılıb.

İdman.biz