Millimizin Avropa çempionatında ilk qələbəsi

Xəbərlər
27 Avqust 2025 13:39
58
Millimizin Avropa çempionatında ilk qələbəsi

Azərbaycanın basketbolçu qızlardan ibarət U-16 millisi Avropa çempionatında ilk qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, B divizionunda yer alan komanda 17-19-cu yerlər uğrunda oyunda İrlandiyaya 64:62 hesabı ilə qalib gəlib.

Milli turnirdəki sonuncu matçını sabah keçirəcək. Basketbolçularımız Şimali İrlandiya yığması ilə qarşılaşacaqlar.

İdman.biz