“Abşeron Lions” Azərbaycan millisində çıxış etmiş basketbolçu Saadettin Donatı heyətinə qatıb.
İdman.biz xəbər verir ki, oyunçu ilə bir mövsümlük müqavilə imzalanıb.
Ötən mövsümü “Sumqayıt”da keçirən Donat hər matça orta hesabla 11.5 ribaundla çıxış edib.
Qeyd edək ki, basketbolçu Azərbaycana gəlməmişdən əvvəl Türkiyədə "Qalatasaray", "Türk Telekom", "TED Ankara Koleji", "Çağdaş Bodrumspor" və "Sığortam Net" komandalarında oynayıb.
İdman.biz