Azərbaycanın U-16 millisi İstanbula yola düşüb

Xəbərlər
10 Avqust 2025 22:08
47
Azərbaycanın U-16 millisi İstanbula yola düşüb

Azərbaycanın qızlardan ibarət basketbol üzrə U-16 millisi Avropa çempionatı B divizionuna hazırlığın son mərhələsi üçün İstanbula yola düşüb.

İdman.biz xəbər verir ki, Ferhat Akcanın rəhbərlik etdiyi komanda yarış öncəsi təlim-məşq toplanışında taktiki, texniki və fiziki çalışmalarla yanaşı, yoxlama oyunları da keçirəcək.

Hazırlıq prosesi avqustun 18-dək davam edəcək.

İdman.biz