“Abşeron Lions”da amerikalı basketbolçu

Xəbərlər
2 Avqust 2025 11:22
88
“Abşeron Lions”da amerikalı basketbolçu

“Abşeron Lions” yeni basketbolçu ilə güclənib.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda ABŞ-dən olan Ceyms Frazieri transfer edib.

Qeyd edək ki, 30 yaşlı oyunçu daha əvvəl İtaliya, Almaniya, Fransa və Çin kimi ölkələrdə çıxış edib. O, Türkiyədə "Samsunspor", "Bornova Bələdiyyəspor" və son olaraq "Bandırma Bordo" klublarının uğurları üçün çalışıb.

İdman.biz