Bosniya və Hersoqovina yığmasının basketbolçusu Canan Musa Avropaliqanın debütanında çıxış edəcək.
İdman.biz xəbər verir ki, 26 yaşlı idmançı "Dubay"a keçib.
Musa BƏƏ klubu ilə 3 illik müqavilə bağlayıb. Canan son üç mövsümü "Real"da keçirib. O, 2024-cü və 2025-ci illərdə İspaniya çempionu titulunu qazanıb.
Qeyd edək ki, Avropaliqanın coğrafiyasını genişləndirmək istəyən qurumun rəhbərliyi "Dubay" basketbol klubunun növbəti mövsümdən turnirdə iştirakına şərait yaradıb.
İdman.biz