Emin Əmrullayev: “Azərbaycan millisi ölkə qadın basketbolu tarixində ilkə imza atıb” - FOTO

Xəbərlər
5 İyul 2025 09:14
59
Emin Əmrullayev: “Azərbaycan millisi ölkə qadın basketbolu tarixində ilkə imza atıb” - FOTO

18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunun ilk oyununda əzmkar qələbə qazanaraq ölkə qadın basketbolu tarixində ilkə imza atıb.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev sosial şəbəkə hesabında paylaşım edib.

O, tarixi qələbə münasibəti ilə komandanı təbrik edib: "Sizə afərin, sizə əhsən. Böyük qələbələrimiz hələ irəlidədir. Uğurlar".

Qeyd edək ki, Azərbaycan basketbolçuları bir gün öncə Bosniya və Herseqovina millisini 83:81 hesabı ilə məğlub edib. Yığmamız qrupda növbəti oyunu bu gün Ukraynaya qarşı keçirəcək.

İdman.biz