Millimizin Dünya kubokunun seçmə mərhələsi üçün heyəti açıqlanıb

Xəbərlər
15 May 2025 11:44
133
Millimizin Dünya kubokunun seçmə mərhələsi üçün heyəti açıqlanıb

Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisinin heyəti bəlli olub.

İdman.biz xəbər verir ki, Dünya kubokunun Bakıda keçiriləcək seçmə mərhələsində yığmamızda 4 basketbolçu yer alacaq.

Heyətə Orxan Aydın, Amil Həmzəyev, Nəzər Quliyev və Kamran Məmmədov cəlb olunublar. Yığmamıza Zaur Paşayev başçılıq edəcək.

Qeyd edək ki, millimiz Kanada və Böyük Britaniya ilə B qrupunda mübarizə aparacaq. Yığmamız mayın 24-də saat 19:15-də Şimali Amerika, ertəsi gün saat 20:55-də Avropa təmsilçisi ilə qarşılaşacaq.

İdman.biz