Emin Əmrullayev : “Hər iki komanda kifayət qədər yaxşı çıxış etdi”

Xəbərlər
14 May 2025 22:30
68
Emin Əmrullayev : “Hər iki komanda kifayət qədər yaxşı çıxış etdi”

"İldən-ilə çempionat daha maraqlı olacaq".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev ölkə çempionatının qaliblərinin mükafatlandırılması mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Federasiya rəhbəri basketbolumuz üçün uğurlu mövsüm keçdiyini bildirib. O, yeni mövsümün formatında müəyyən dəyişikliklərin ola biləcəyini vurğulayıb: "Maraqlı çempionat oldu. Deyə bilərik ki, Azərbaycan Basketbol Liqası irəliyə doğru bir addım daha atdı. Növbəti mərhələlərdə daha maraqlı çempionat təşkil etməyi planlayırıq. Gərgin mübarizə şəraitində keçən görüş izlədik. Hər iki komanda kifayət qədər yaxşı çıxış etdi. "Sabah"ı çempionluq münasibətilə təbrik edirəm. Qeyd etmək lazımdır ki, "Abşeron" və "Şəki" bu mövsümün ən sürpriz klubları oldular. Ümid edirəm ki, növbəti mövsüm daha maraqlı çempionat izləyəcəyik".

Qeyd edək ki, bu gün "Neftçi" və "Sabah" arasında final seriyasında 6-cı oyun baş tutub. Bakı İdman Sarayında təşkil olunan qarşılaşmada "Sabah" seriyada 4-cü qələbəsini qazanaraq, ardıcıl 3-cü dəfə qızıl medallara sahib çıxıb.

Aytac Sahəd
İdman.biz