"Rəqib ilk oyunda olduğu kimi bu dəfə də tam qüvvəsi ilə mübarizə apardı”.
İdman.biz xəbər verir ki, bunu “Sabahın” baş məşqçisi Rimas Kurtinaytis "Neftçi" ilə final seriyasında ikinci oyundan sonra deyib.
Mütəxəssis vildirib ki, qələbədə əsas rolu fiziki hazırlıq oynayıb: “Qələbəyə görə sevinsək də, bu oyun artıq keçmişdə qaldı. Növbəti oyunu düşünməliyik. Ribaundlarda səhvlərimiz oldu. Ümumi götürsək səhvlər də oyunun bir hissəsidir. Buna baxmayaraq, oyunçularımızın xarakter nümayiş etdirdiklərinə görə həm sevinirəm, həm də onlara təşəkkür edirəm”.
Qeyd edək ki, “Sabah” bu gün Azərbaycan Basketbol Liqasının final seriyasında keçirilən ikinci oyunda “Neftçi”yə 86:77 hesabı ilə qalıb gəlib.
İdman.biz