Azərbaycan Basketbol Liqasında 11-ci tura start verilib - YENİLƏNİB

22 Dekabr 2025 22:02
152
Azərbaycan Basketbol Liqasında 11-ci tura start verilib

Azərbaycan Basketbol Liqasında 11-ci tura start verilib.

İdman.Biz-in məlumatına görə, ilk oyun günündə 2 görüş baş tutub.

B qrupunu əhatə edən matçlarda Bakı İdman Sarayında “Naxçıvan”la qarşılaşan “Ordu” 86:64 hesablı qələbə qazanıb. “Sumqayıt” isə Sumqayıt Olimpiya İdman Kompleksində “Lənkəran”a 99:95 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, daha iki matç sabah baş tutacaq.

10:26

Bu gün Azərbaycan Basketbol Liqasında 11-ci tura start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Bakı İdman Sarayında “Ordu” “Naxçıvan”la üz-üzə gələcək. “Sumqayıt” isə Sumqayıt Olimpiya İdman Kompleksində “Lənkəran”ı sınağa çəkəcək.

Qeyd edək ki, hər iki görüş saat 19:00-da start götürəcək.

İdman.Biz