Bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyası keçirilib.
İdman.biz xəbər verir ki, həlledici mərhələnin ikinci oyunu baş tutub.
Son çempion “Sabah” Bakı İdman Sarayında “Neftçi”ni sınağa çəkib. Rimas Kurtinaytisin komandası 2-ci görüşdə də məğlub edib - 86:77
Komandalar arasında növbəti iki qarşılaşmanın mayın 6-da və 8-də keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, final seriyasının 1-ci görüşdə "Sabah" “ağ-qaralar”ı 94:89 hesabı ilə məğlub edib.
Azərbaycan Basketbol Liqası
Final, 2-ci oyun
4 may
14:00. “Neftçi” – “Sabah” - 77:86 (19:9, 21:26, 20:20, 17:31)
Bakı İdman Sarayı
İdman.biz