NCAA-dan Azərbaycan klubuna

19 Fevral 2025 13:19
301
NCAA-dan Azərbaycan klubuna

"Abşeron" heyətini amerikalı yeni basketbolçu ilə gücləndirib.

Klubdan İdman.biz-ə verilən məlumata görə, 25 yaşlı oyunqurucusu Ayinde Hikkimlə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Vaşinqtonda anadan olan basketbolçu NCAA-də çıxış edib. Onun bu liqada ilk komandası "La Salle University Explorers" olub. Hikkim daha sonra 3 mövsüm Massaçusets universitetinin "Lowell River Hawks" (UMass Lowell) komandasının şərəfini qoruyub.

"Abşeron"un yeni üzvü NCAA-də 14,4 xal, 4,2 ribaund və 5,1 assist ortalaması ilə çıxış edib.

Qeyd edək ki, "Abşeron" buna qədər Jaja Devislə yollarını ayırıb, Ömər Yavaşla isə mövsümün sonuna qədər müqavilə imzalayıb.

İdman.biz