Maykl Cordan ABŞ-ın ən zəngin 400 adamı sırasına daxil olub

Xəbərlər
2 Oktyabr 2023 17:18
259
Maykl Cordan ABŞ-ın ən zəngin 400 adamı sırasına daxil olub

Əfsanəvi basketbolçu Maykl Cordan ABŞ-ın ən zəngin 400 adamı sırasına daxil olan ilk peşəkar idmançı oldu.

İdman.biz xəbər verir ki, bu barədə Forbes siyahı dərc edib.

Zənginlər sırasına düşmə Cordanın “Şarlotta Hornets” komandasının nəzarət paketini satmasından sonra baş verib. Maykl klubu satmaqla 2010-cu ildə ona yatırdığı vəsaitdən 17 dəfə çox qazanıb. Hazırda məşhur idmançının sərvəti 3 milyard dollar dəyərində qiymətləndirilir.

Maykl Cordan ən böyük (bir çox ekspertlər və keçmiş oyunçular onu ən böyük hesab edirlər) NBA oyunçularından biri hesab olunur. O, “Çikaqo”nun heyətində 6 dəfə NBA çempionu olub və iki dəfə Olimpiya çempionu (1984, 1992) titulunu qazanıb.

İdman.biz