Millimizin Avropa çempionatında rəqibləri bəlli olub - PÜŞK

Xəbərlər
8 Sentyabr 2025 12:46
51
Millimizin Avropa çempionatında rəqibləri bəlli olub - PÜŞK

Kişi basketbolçulardan arasında AVRO-2029-un püşkü atılıb.

İdman.biz xəbər verir ki, Latviyanın paytaxtı Riqada baş tutan mərasimdə Azərbaycan millisinin də ilkin təsnifat mərhələsindəki rəqibləri bəlli olub.

Yığmamız A qrupuna düşüb. Komandamız Lüksemburq, İrlandiya və Şimali Makedoniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, ilkin təsnifat mərhələsinin ilk oyunları isə noyabrda start götürəcək.

İdman.biz