Ukrayna millisinin hücumçusu “Sabah”da

Xəbərlər
3 İyul 2024 12:02
256
Ukrayna millisinin hücumçusu “Sabah”da

Azərbaycanı FİBA Çempionlar Liqasında təmsil edəcək “Sabah” heyətini yeni basketbolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Azərbaycan çempionu Ukrayna millisinin hücumçusu Andrey Voynaloviçlə 2 illik müqavilə imzalayıb. 205 sm boya malik 24 yaşlı basketbolçu ötən mövsümdə Vrotslav təmsilçisi “Slaşk”ın heyətində Polşa çempionatının bürünc medalını qazanıb.

Qeyd edək ki, hücumçu son mövsümdə 22 oyun keçirib.

İdman.biz