“Xəzri” seriyada önə keçib - VİDEO

Xəbərlər
8 May 2024 21:14
“Xəzri” seriyada önə keçib - VİDEO

Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsində növbəti matç keçirilib.

İdman.biz xəbər verir ki, NTD-İNDİQO “Xəzri” ilə üz-üzə gəlib.

Bu, tərəflərin mövsümdə 4-cü qarşılaşması olacaq. ABL-də keçirilən duellərdə tərəflər hərəyə 1 dəfə qalib gəliblər. Azərbaycan Kubokunun yarımfinalında isə “Xəzri” NTD-İNDİQO-nu üstələməyi bacarıb.

Paytaxt basketbolçuları növbəti dəfə qalib gəliblər. Onların 3-cü periodda 6 xal fərqlik üstünlüyü yekun nəticəyə təsir göstərib. Gərgin keçən qarşılaşmada "Xəzri" Tahir Baxşıyevin komandasını 63:61 hesabı ilə məğlub edib.

Yarımfinal seriyasında 2 qələbə qazanacaq klub finala adlayacaq.

Qeyd edək ki, yarımfinalın digər cütünün ilk oyununda “Sabah” “Xırdalan”ı 101:85 hesabı ilə məğlub edib.

Azərbaycan Basketbol Liqası
1/2 final, ilk oyun
8 may
19:30. NTD-İNDİQO – “Xəzri” - 61:63 (16:18, 13:9, 15:21, 17:15)

"Sərhədçi" İdman Mərkəzi

İdman.biz