“Xəzri”dən darmadağın - VİDEO

Xəbərlər
1 May 2024 21:04
121
“Xəzri”dən darmadağın - VİDEO

Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsində daha bir matç keçirilib.

İdman.biz xəbər verir ki, 1/4 finalın 2-ci oyununda "Xəzri" "Sərhədçi" ilə üz-üzə gəlib.

Görüş Murat Dikmenin komandasının inamlı qələbəsi ilə başa çatıb. "Xəzri" bütün periodlarda rəqibini üstələyərək, 34 xal fərqi ilə qalib gəlib.

Mübarizə 2 qələbəyədək davam edəcək. Mərhələnin digər görüşündə "Xırdalan" “Neftçi”yə 80:75 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Xırdalan" - "Neftçi" cütünün qalibi yarımfinalda "Sabah"la, “Xəzri” - “Sərhədçi” görüşünün güclüsü isə NTD-İNDİQO ilə qüvvəsini sınayacaq.

Azərbaycan Basketbol Liqası
Pley-off mərhələsi
1/4 final
1 may

19:30. "Xəzri" – "Sərhədçi" - 98:64 (25:10, 20:19, 21:17, 22:18)
"Sərhədçi" İdman Mərkəzi

İdman.biz