Uğur Özdemir: “Komanda əla mübarizə apardı”

Xəbərlər
30 Aprel 2024 22:22
91
Uğur Özdemir: “Komanda əla mübarizə apardı”

“Çox ağır oyun oldu. Hər an üçün mübarizə apardıq”.

İdman.biz xəbər verir ki, bunu "Xırdalan" basketbol klubunun baş məşqçisi Uğur Özdemir deyib.

Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin "Neftçi" ilə ilk oyununu şərh edib: “Görüşə yaxşı başladıq, amma sonradan ritm enişi yaşadıq. Çox sadə səhvlər etdik. Buna baxmayaraq, oyunun gedişində nəzarət bizim əlimizdə oldu. 2-ci və 4-cü periodlarda səhvlərimiz daha çox oldu. Bu yalnız hesabda deyil, həm də oyun olaraq geri düşməyimizə gətirib çıxardı. Sevinirdirici məqamdır ki, 6 basketbolçumuz 2 rəqəmli xal həddini aşa bilib. Komanda əla mübarizə apardı. Buna görə də onlara ayrıca təşəkkür edirəm və qələbəyə görə təbrik edirəm”.

Qeyd edək ki, “Xirdalan” “Neftçi”ni 80:75 hesabı ilə məğlub edib. Komandalar arasında növbəti oyun mayın 2-də olacaq.

İdman.biz