Nikola Bozinovski: “Geridönüş etməyi bacardıq”

21 Yanvar 2024 19:11
623
Nikola Bozinovski: “Geridönüş etməyi bacardıq”

“Müdafiədə yaxşı oynasaq da, son hissədə hücumda uğursuz olduq”.

İdman.biz xəbər verir ki, bunu “Sabah” basketbol klubunun baş məşqçi əvəzi Nikola Bozinovski deyib.

O, liderlərin görüşündə NTD İNDİGO üzərində qələbəni şərh edib. Bozinovski cərimə atışlarında zəif nəticə göstərdiklərini bildirib: "Oyunun əvvəlində hücumda pis çıxış etdik. Əvəzində rəqib irəlidə daha yaxşı təsir bağışlayırdı. Lakin ikinci yarıda oyun planında həm müdafiədə, həm də hücumda artıraraq taktikada dəyişiklik etdik və geridönüş etməyi bacardıq. Cərimə atışlarında dəqiqliyimiz cəmi 40 faiz oldu və rəqib bundan istifadə edərək yenidən oyunu lehinə çevirməyi bacardı. Lakin sonda vəziyyəti düzgün dəyərləndirərək yekunda qələbə qazanmağı bacardıq. Rəqibi çox yaxşı oyuna görə təbrik edirəm".

Qeyd edək ki, səfərdə NTD İNDİGO-nu 83:79 hesabı ilə məğlub edən “Sabah” vahid lider olub.

İdman.biz