Tahir Baxşıyev NTD ilə yeni müqavilə imzalayıb

13 Avqust 2026 20:32
139
Tahir Baxşıyev NTD ilə yeni müqavilə imzalayıb

NTD basketbol klubu baş məşqçisi Tahir Baxşıyevlə müqavilənin müddətini uzadıb.

İdman.Biz-in xəbərinə görə, bu barədə AZƏRTAC-a mütəxəssis özü məlumat verib.

Azərbaycan yığmasına da rəhbərlik edən məşqçi növbəti mövsümdə də Bakı təmsilçisini çalışdıracaq.

Qeyd edək ki, Tahir Baxşıyev 2012-ci ildən NTD klubunun baş məşqçisidir.

İdman.Biz