"Sabah" basketbol klubu ABŞ-dən olan oyunçu Frenki Fidleri heyətinə qatıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
23 yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalanıb.
201 sm boyunda olan Fidler NCAA karyerasına "Omaha Mavericks" komandasında başlayıb. Üç mövsüm ərzində komandanın əsas liderlərindən birinə çevrilən Frenki 2023/24 mövsümündə 20.1 xal, 6.3 ribaund və 2.6 asist ortalamaları ilə çıxış edərək First Team All-Summit seçilib.
Daha sonra "Michigan State Spartans" formasını geyinərək NCAA-nın ən güclü konfranslarından biri olan "Big Ten" səviyyəsində mübarizə aparıb.
2025-ci ildə isə peşəkar basketbola keçid edən Fidler "Rīgas Zeļļi" ilə Avropada ilk mövsümünü keçirib.
